Adil Kərimli: "Mədəniyyət sahəsində instutisional islahatlar aparılmalıdır”

Adil Kərimli: "Mədəniyyət sahəsində instutisional islahatlar aparılmalıdır” "Mədəniyyət sahəsində instutisional islahatların aparılmasına çox ciddi ehtiyac var”.
Milli Məclis
28 Fevral , 2023 11:32
Adil Kərimli: Mədəniyyət sahəsində instutisional islahatlar aparılmalıdır”

"Mədəniyyət sahəsində instutisional islahatların aparılmasına çox ciddi ehtiyac var”.

“Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, həqiqəti səmimi olaraq bölüşmək, demək lazımdır: "Bu sahəyə hər zaman diqqət və qayğı olub. Amma ola bilsin ki, bunun düzgün tətbiqi istiqamətində idarəetmə yetərsizliyi olub. Digər problemlərdən biri də cəmiyyət tərəfindən dəstəyin alınmamasıdır. Bu sahəyə sovet ideoloji əsaslarında olduğu kimi, sinfi yanaşma mövcud olub, bu gün də var. Digər sahələrdə də ciddi islahatlar aparılır və ciddi inkişaf tendensiyaları izlənməkdədir. Mədəniyyət sahəsində də instutisional islahatların aparılmasına çox ciddi ehtiyac var”.

A.Kərimli bildirib ki, problemin kökü uzun illərdir mədəniyyət sahəsində fəaliyyətin tədbirçilik üzərində qurulması, fundamental və instutisional yanaşmalardan istifadə edilməməsidir: "Ona görə də bu sahədə ciddi islahatlara başlamaq vaxtıdır. Çünki bu sahədə boşluq da var".

Son xəbərlər

Orphus sistemi