2022-ci il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib

2022-ci il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
17 Noyabr , 2021 15:11
2022-ci il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi