Yuxarı

Səsvermə protokollarının DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi müddəti başa çatır

Protokolların dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi səsvermə gününə ən azı 4 gün qalmış başa çatmalıdır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Noyabrın 1-də keçiriləcək parlament seçkilərinin səsvermə protokollarının dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi müddəti sabah - oktyabrın 28-də başa çatır.

"Report"un xəbərinə görə, protokolların dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi səsvermə gününə ən azı 4 gün qalmış başa çatmalıdır.

Qeyd edək ki, səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti oktyabrın 12-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi