Səsvermə protokollarının DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi müddəti başa çatır

Səsvermə protokollarının DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi müddəti başa çatır Protokolların dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi səsvermə gününə ən azı 4 gün qalmış başa çatmalıdır
Milli Məclis
27 Oktyabr , 2015 18:17
Səsvermə protokollarının DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi müddəti başa çatır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Noyabrın 1-də keçiriləcək parlament seçkilərinin səsvermə protokollarının dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi müddəti sabah - oktyabrın 28-də başa çatır.

"Report"un xəbərinə görə, protokolların dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi səsvermə gününə ən azı 4 gün qalmış başa çatmalıdır.

Qeyd edək ki, səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti oktyabrın 12-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi