Yuxarı
    Bağlamaq

    MSK Müsavat Partiyasının təşkilat sədrinin şikayətinə baxıb

    MSK şikayəti təmin etməyib

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Müsavat Partiyasının Biləsuvar rayon təşkilatının sədri Yusif Mehdinin şikayətinə baxılıb.

    “Report”un məlumatına görə, 66 saylı Biləsuvar Seçki Dairəsindən namizədliyini irəli sürən Yusif Mehdi müraciətində DSK-nın qərarına etiraz edib.

    MSK-nın Eksert Qrupunun araşdırması nəticəsində məlum olub ki, onun DSK-ya təqdim etdiyi imzaların 171-i etibarsızdır. MSK üzvü Validə Kazımova deyib ki, həmin ərazidə yaşayan seçicilər aldadılma yolu ilə onlardan imza toplanıldığını iddia ediblər.

    Y.Mehdinin səlahiyyətli nümayəndəsi, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, Dairə Seçki Komissiyası qanunsuzluğa yol verib.

    MSK şikayəti təmin etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi