Bakı. 8 oktyabr. REPORT.AZ/
“Report”un məlumatına görə, 66 saylı Biləsuvar Seçki Dairəsindən namizədliyini irəli sürən Yusif Mehdi müraciətində DSK-nın qərarına etiraz edib.
MSK-nın Eksert Qrupunun araşdırması nəticəsində məlum olub ki, onun DSK-ya təqdim etdiyi imzaların 171-i etibarsızdır. MSK üzvü Validə Kazımova deyib ki, həmin ərazidə yaşayan seçicilər aldadılma yolu ilə onlardan imza toplanıldığını iddia ediblər.
Y.Mehdinin səlahiyyətli nümayəndəsi, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, Dairə Seçki Komissiyası qanunsuzluğa yol verib.
MSK şikayəti təmin etməyib.