Bakı. 2 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
“Report”un məlumatına görə, iclasda noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.
Şikayətlərlə bağlı MSK katibi Arifə Muxtarova, MSK üzvləri Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov məlumat veriblər.
53 saylı Quba-Qusar Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Tərlan Şəfiyev səsvermə günü bu seçki dairəsinin 7, 8 və 10 saylı məntəqələrində qanun pozuntusunun olduğunu iddia edib. Onun müraciəti baxılması üçün DSK-ya göndərilib.
Sonra 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Mehriban Zeynalovanın şikayətinə baxılıb. Onun da şikayəti baxılması üçün DSK-ya göndərilib.