Yuxarı

Deputatlığa namizədliyi qeydə alınmayan şəxslərin şikayətlərinə baxılıb

MSK onlardan birinin namizədliyini qeydə alıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. “Report”un məlumatına görə, iclasda bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. 

MSK katibi Arifə Muxtarova şikayətlərlə bağlı məlumat verib.

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizədliyini irəli sürən Azad Kazımov, 121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülən Müsavat Partiyasının üzvü Raqif Kərimli, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Müsavat Partiyasının üzvü Azər Əsgərov, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçkilərə qatılan Müsavat Partiyasının üzvü Rövşən Atakişiyev DSK-nın qərarını mübahisələndiriblər. MSK onların şikayətlərini təmin etməyib. 

61 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürən Müsavat Partiyasının üzvü Saday Fərəcov deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı MSK-ya etdiyi müraciətə də baxılıb və onun deputatlığa namizədliyi qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi