Yuxarı

AŞPA missiyasının rəhbəri: "Bu seçkilər Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edir"

Jordi Çukla çoxsaylı yerli müşahidəçilərin seçkidə iştirakını alqışlayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ "Noyabrın 1-i Azərbaycanda Milli Məclisə keçirilən seçkilər Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edir".

Bunu "Report"un sualını cavablandırarkən AŞPA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Kosta deyib.

J.Çukla, həmçinin seçkiqabağı proses və seçkilərin özündə KİV-in yüksək fəallığını da vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərdə iştirak etməməsini təəssüflə qeyd edərək, bir çox yerli müşahidəçinin iştirakını alqışlayıb.

Onun sözlərinə görə, AŞPA-nın müşahidəçiləri hesabatı hazırlayarkən yalnız müstəqil müşahidəçilərin fikrini öyrənməklə kifayətlənməyib, həm də Bakıda, o cümlədən yerli KİV nümayəndələri ilə görüşlər keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi