AŞPA missiyasının rəhbəri: "Bu seçkilər Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edir"

AŞPA missiyasının rəhbəri: "Bu seçkilər Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edir" Jordi Çukla çoxsaylı yerli müşahidəçilərin seçkidə iştirakını alqışlayıb
Milli Məclis
2 Noyabr , 2015 14:14
AŞPA missiyasının rəhbəri: Bu seçkilər Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edir

Bakı. 2 noyabr. REPORT.AZ/ "Noyabrın 1-i Azərbaycanda Milli Məclisə keçirilən seçkilər Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edir".

Bunu "Report"un sualını cavablandırarkən AŞPA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Kosta deyib.

J.Çukla, həmçinin seçkiqabağı proses və seçkilərin özündə KİV-in yüksək fəallığını da vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərdə iştirak etməməsini təəssüflə qeyd edərək, bir çox yerli müşahidəçinin iştirakını alqışlayıb.

Onun sözlərinə görə, AŞPA-nın müşahidəçiləri hesabatı hazırlayarkən yalnız müstəqil müşahidəçilərin fikrini öyrənməklə kifayətlənməyib, həm də Bakıda, o cümlədən yerli KİV nümayəndələri ilə görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi