Türkiyənin Azərbaycandakı səfirliyi ölkə jurnalistlərini təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi ölkə jurnalistlərini təbrik edib "Azərbaycan mətbuatı bu 140 ildə çətin və şərəfli bir yol keçib"
Media
21 İyul , 2015 13:32
Türkiyənin Azərbaycandakı səfirliyi ölkə jurnalistlərini təbrik edib

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibəti ilə ölkə jurnalistlərini təbrik edib.

"Report"un məlumatına görə, diplomatik nümayəndəliyin mətbuat müşaviri Hamit Karadenizin adından yayılan təbrikdə qeyd olunur ki, təməli 1875-ci il iyulun 22-də "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan mətbuatı bu 140 ildə çətin və şərəfli bir yol keçib.

"Yarandığı gündən etibarən üzərinə götürdüyü tarixi missiyanı ləyaqətlə yerinə yetirən Azərbaycan mətbuatı, xalqın ictimai-siyasi fikrinin formalaşması, milli və dövlətçilik ənənələrinin təbliği istiqamətində böyük işlər görüb", - təbrikdə bildirilir.

Təbrikdə, həmçinin Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində mətbuatın uğurlu fəaliyyəti də qeyd edilib.

Səfirlik Milli Mətbuat Günü münasibəti ilə bütün media mənsublarını təbrik edib və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

H.Karadeniz, həmçinin Prezident İlham Əliyev tərəfindən təltif olunan media nümayəndələrini də təbrik edib.

Son xəbərlər

Orphus sistemi