TRT Radioları 90 illik yubileyini 90 saatlıq canlı yayımla qeyd edəcək

TRT Radioları 90 illik yubileyini 90 saatlıq canlı yayımla qeyd edəcək "90 İldə 90 Saat" adlı proqram aprelin 29-dan mayın 3-dək davam edəcək
Media
27 Aprel , 2017 20:18
TRT Radioları 90 illik yubileyini 90 saatlıq canlı yayımla qeyd edəcək

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyə Radio və Televiziya Şirkəti (TRT) radionun yaradılmasının 90-cı ildönümünü qeyd edəcək.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, TRT radiosu 90-cı ilini səyahət halında olan avtobusun içərisində yaradılan studiyadan 90 saat ərzində canlı yayımlanan proqram vasitəsilə qeyd edəcək.

TRT FM kanalında canlı yayımlanacaq "90 İldə 90 Saat" adlı proqram aprelin 29-dan mayın 3-dək 90 saat boyunca, gecə-gündüz davam edəcək.

Paytaxt Ankara radiosunun qarşısından başlayan canlı yayım səyahətində 4 min kilometrlik məsafə qət olunacaq. Beləcə, TRT Radioları dünyada daha öncə həyata keçirilməmiş yeniliyə imza atacaq.

Canlı yayımın həyata keçirildiyi avtobus Antalya, Çukurova, Diyarbakır, Ərzurum, Trabzon, İstanbul radyolarında olacaq, yollarda xalqla görüşəcək.

Qeyd edək ki, TRT Radioları 6 may 1927-ci ildə yayın hayatına başlayıb. 

Son xəbərlər

Orphus sistemi