Yuxarı

Sumqayıt Şəhər İcra Hakimiyyətində mətbuat katibi təyinatı olub

İqrar Eyvazov sabahdan işə çıxacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Sumqayıt Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni təyinat olub. "Report" xəbər verir ki, keçmiş teleaparıcı İqrar Eyvazov İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsində çalışacaq. O, ŞİH-in mətbuat xidmətinin rəhbəri təyin edilib. İ.Eyvazov fevralın 3-dən yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, İ.Eyvazov "Xəzər" televiziyasının "Xəzər-xəbər" proqramının və "Günə başlarkən" verilişinin aparıcısı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi