Yuxarı

Şirməmməd Hüseynovun qızı: "Atam BDU-nu özünün birinci evi hesab edirdi"

Şirməmməd Hüseynovun qızı: Atam BDU-nu özünün birinci evi hesab edird

"Bu səhnədə dayanmaq mənim üçün ağırdır. Şirməmməd Hüseynovun vida mərasiminə gələn hər kəsə təşəkkür edirəm".

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla keçirilən vida mərasimində onun qızı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva deyib.

O, atasının çox şərəfli və ləyaqətli ömür yaşadığını vurğulayıb: "Bu ömür yolunda qoyduğu miras onun təmiz adı, ləyaqəti idi. Atam həmişə BDU-nu özünün birinci evi hesab edirdi. O, 60 ildən çox bura gəlib-gedib. Onun düşüncəsində BDU Azərbaycanın bir modeli idi. Cümhuriyyətin 100 illiyi qeyd ediləndə atam ən əziz övladının ən xoş günü kimi sevinirdi. Atam Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısını görüb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi