Yuxarı

"Sərhədsiz Reportyorlar" Təşkilatı: Bu il 110 jurnalist öldürülüb

Hazırda 54 jurnalist terrorçu qruplaşmaların əlində girovdur

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu il öz peşə vəzifəsini yerinə yetirərkən azı 67 jurnalist həlak olub. 

"Report" xəbər verir ki, bu haqda "Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatının illik hesbatında bildirilib.

Hesabatda qeyd olunub ki, 2015-ci ildə dünyanın müxtəlif ölkələrində 110 jurnalist həlak olub. 67 jurnalist öz peşə vəzifəsini icra edərkən öldürülüb, 43 media təmsilçisinin isə ölümünün səbəbləri məlum deyil.

Təşkilat hesab edir ki, jurnalistlər üçün ən təhlükəli ölkə Suriya və İraqdır. 2015-ci ildə bu iki ölkədə 9 jurnalist öz peşə vəzifəsini yerinə yetirərkən öldürülüb.

Məlumata görə, hazırda 54 jurnalist terrorçu qruplaşmaların əlində girovdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi