"Sərhədsiz Reportyorlar" Təşkilatı: Bu il 110 jurnalist öldürülüb

"Sərhədsiz Reportyorlar" Təşkilatı: Bu il 110 jurnalist öldürülüb Hazırda 54 jurnalist terrorçu qruplaşmaların əlində girovdur
Media
29 Dekabr , 2015 11:33
Sərhədsiz Reportyorlar Təşkilatı: Bu il 110 jurnalist öldürülüb

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu il öz peşə vəzifəsini yerinə yetirərkən azı 67 jurnalist həlak olub. 

"Report" xəbər verir ki, bu haqda "Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatının illik hesbatında bildirilib.

Hesabatda qeyd olunub ki, 2015-ci ildə dünyanın müxtəlif ölkələrində 110 jurnalist həlak olub. 67 jurnalist öz peşə vəzifəsini icra edərkən öldürülüb, 43 media təmsilçisinin isə ölümünün səbəbləri məlum deyil.

Təşkilat hesab edir ki, jurnalistlər üçün ən təhlükəli ölkə Suriya və İraqdır. 2015-ci ildə bu iki ölkədə 9 jurnalist öz peşə vəzifəsini yerinə yetirərkən öldürülüb.

Məlumata görə, hazırda 54 jurnalist terrorçu qruplaşmaların əlində girovdur. 

Son xəbərlər

Orphus sistemi