Yuxarı

​Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə şəhid jurnalistlər yad edilib

Alı Mustafayevin, Salatın Əsgərovanın, Fəxrəddin Şahbazovun, Çingiz Mustafayevin məzarı ziyarət olunub

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə şəhid jurnalistlər yad edilib.

Bu barədə "Report"a Şuradan məlumat verilib.

Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə ölkə mediasının təmsilçiləri Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olan və Şəhidlər Xiyabanında uyuyan jurnalistlərin— milli qəhrəman Alı Mustafayevin, Salatın Əsgərovanın, Fəxrəddin Şahbazovun, Çingiz Mustafayevin və Kazımağa Kazımovun məzarlarını ziyarət edib, xatirələrini ehtiramla yad ediblər. Jurnalistlər mərhum həmkarlarının məzarlarının üstünə tər çiçəklər düzüb, onların ruhuna dualar oxunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olan Macarıstandan olan media qrupunun üzvlərinin də qatıldıqları anım mərasimində çıxış edən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov bildirib ki, Qarabağ münaqişəsi başlayan gündən ölkə jurnalistləri təkcə qələmləri ilə deyil, həm də əldə silah torpaqlarımızın müdafiəsinə qalxmışlar. Bu mübarizədə canını qurban verən neçə-neçə jurnalistin ömür yolu milli jurnalistikamızın qüruruna çevrilib. Onların əziz xatirəsi xalqımızın qəlbində yaşayır.

Ahıl jurnalist Hacı Mehman, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Teleradio QSC Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Tapdıq Abbas və digər media təmsilçiləri şəhid jurnalistlərin hər biri barədə unudulmaz xatirələrini söyləyib, onların hünər yolunun solmaz səhifələrini yada salıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi