“Report” agentliyinin baş redaktoru ukraynalı tələbələr üçün mühazirə oxuyub

“Report” agentliyinin baş redaktoru ukraynalı tələbələr üçün mühazirə oxuyub “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev V.İ.Varnadski adına Tavriya Milli Universitetinin və B.Qrinçenko adına Kiyev Universitetinin jurnalistika fakültələrinin tələbələri, eləcə də YUN-PRES informasiya-yaradıcılıq agentliyinin tələbələri üçün Azərbaycan jurnalistikası və media sferası mövzusunda onlayn mühazirələr keçirib.
Media
8 May , 2020 17:41
“Report” agentliyinin baş redaktoru ukraynalı tələbələr üçün mühazirə oxuyub

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev V.İ.Varnadski adına Tavriya Milli Universitetinin və B.Qrinçenko adına Kiyev Universitetinin jurnalistika fakültələrinin tələbələri, eləcə də YUN-PRES informasiya-yaradıcılıq agentliyinin tələbələri üçün Azərbaycan jurnalistikası və media sferası mövzusunda onlayn mühazirələr keçirib.

“Report” xəbər verir ki, görüş Jurnalistika və Yeni Media kafedrasının müəllimləri Anjelika DosenkoOlqa Bıkova tərəfindən təşkil edilib.

Mühazirələr zamanı “Report”un baş redaktoru agentliyin materialların hazırlanması, tədbirlərin işıqlandırılması üzrə təcrübəsini bölüşüb, həmçinin yeni jurnalistlər üçün keçirilən treninqlərdən danışıb. Ardından M.Əliyev gələcək jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Qeyd olunub ki, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı fonunda son zamanlarda iki ölkənin KİV-i arasında məlumat və təcrübə mübadiləsinin rolu artıb.

Bundan əlavə, Poltava Vilayət Estetik Tərbiyə Mərkəzinin “Gənc jurnalist” dairəsinin nümunəvi yetirmələri üçün M.Əliyev tərəfindən onlayn mühazirə keçirilib. Mühazirəni Mərkəzin rəhbəri İrina Sinyaqivskaya təşkil edib.

Son xəbərlər

Orphus sistemi