Bahar Muradova: "Parlament jurnalistləri üçün treninq keçirməyə hazırıq"

Bahar Muradova: "Parlament jurnalistləri üçün treninq keçirməyə hazırıq" "Milli Məclis mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışdadır"
Media
17 Fevral , 2017 14:04
Bahar Muradova: Parlament jurnalistləri üçün treninq keçirməyə hazırıq

Bakı. 17 fevral. REPORT.AZ/ “Ayrı-ayrı media orqanlarında söyüş kampaniyaları aparılır. Bu da ayrı-ayrı mətbuat nümayəndələrini adekvat olmayan hərəkətlərə vadar edir”. 

“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, bunun bir tərəfi peşə eqoizmi, digəri məlumatda önə çıxmaq, eksklüziv məlumat yaymaq həvəsi ilə bağlıdırsa, yarısı da mənəviyyata bağlı olmalıdır: "Bunu heç kim inkar edə bilməz. Deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur. Bu məsələdə ən ağır mexanizm cəmiyyətin qınağıdır”. 

Vitse-spiker qeyd edib ki, “Kütləvi informasiya vasitələri haqqında” qanunda indiyədək mövcud olmayan məqamlar müzakirə olunaraq plenar iclasların birinə çıxarıla bilər: “Müəyyən dəyişikliklər qəbul olunduqdan sonra bu sahənin statusu ilə bağlı anlaşılmazlıqlar aradan qalxacaq. Bundan sonra hər bir internet resursunun statusu məlum olacaq. Mətbuat Şurasının və digər qurumların fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Bu sahədə sadəcə məsləhətləşmələrə ehtiyac var. Milli Məclis mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışdadır”. Parlament jurnalistlərinin ixtisaslaşdırılması layihəsi üzərində işləmək olar. Biz burada qeydiyyatdan keçən jurnalistlərin Milli Məclisin işinə bələd olmaq üçün treninqlər keçməsinə hazırıq. Hərbi jurnalistika ilə bağlı mövcud boşluqların aradan qaldırılması üçün də qanunvericiliyə dəyişiklikliyin edilməsi mümkün ola bilər”.

Son xəbərlər

Orphus sistemi