Özbəkistan mətbuatında AİHM-də azərbaycanlı qaçqınların işi ilə bağlı məqalə dərc edilib

Özbəkistan mətbuatında AİHM-də azərbaycanlı qaçqınların işi ilə bağlı məqalə dərc edilib Sharh.uz: "Məhkəmə öz qərarı ilə Dağlıq Qarabağ, habelə Laçın və ətraf rayonların işğalını təsdiq edib"
Media
13 İyul , 2015 20:58
Özbəkistan mətbuatında AİHM-də azərbaycanlı qaçqınların işi ilə bağlı məqalə dərc edilib

Bakı. 13 iyul. REPORT.AZ/ Özbəkistanın “sharh.uz” analitik xəbər saytı "Avropa İnsan Hüquqları Məhkəməsi Dağlıq Qarabağ məsələsində insan hüquqlarına dair qərar çıxardı" adlı məqalə yerləşdirib.

Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, jurnalist Şərafiddin Tulaqanovun müəllifi olduğu məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan Laçın rayonundan məcburi köçkün düşən altı vətəndaşın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətindən bəhs edilir.

Qeyd edilir ki, Məhkəmə öz qərarı ilə Dağlıq Qarabağ, habelə Laçın və ətraf rayonların işğalını təsdiq edib.

Məqalədə, eyni zamanda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun fikirlərinə də yer verilir.

Son xəbərlər

Orphus sistemi