Yuxarı

​Nuşirəvan Məhərrəmli: "İndi telekanallarımız daha diqqətlidirlər"

Onlar öz işlərini görürlər

Bakı. 6 aprel. REPORT.AZ/ "Azərbaycanın milli televizya kanalları əvvəlki illərlə müqayisədə cəbhədə baş verənlərlə bağlı daha diqqətlidirlər".

Bunu "Report"a Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, telekanallar öz işlərini görürlər: "Hazırda televiziyalarımız əvvəlki illərə nisbətən ölkədəki vəziyyətlə əlaqədar olaraq yayımladıqları verilişlərdə daha diqqətlidirlər. Təbii ki, bu, belə də olmalıdır. İldən-ilə televizyalar bu məsələdə daha peşəkarcasına davranırlar". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi