“Multikulturalizm” jurnalının təqdimatı keçirilib

“Multikulturalizm” jurnalının təqdimatı keçirilib Baş redaktor Fəxri Uğurlu jurnalının Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək məqsədilə nəşr olunduğunu deyib
Media
29 İyun , 2016 14:54
“Multikulturalizm” jurnalının təqdimatı keçirilib

Bakı. 29 iyun. REPORT.AZ/ Bilik Fondunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının təqdimatı keçirilib.

Bu barədə "Report"a Bilik Fondunun İnformasiya təminatı sektorundan məlumat verilib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ölkə başçısının Azərbaycanda multikulturalizmin yaşaması, bu meyillər və ideyaların güclənməsi, ictimaiyyətdən daha çox dəstək alması ilə bağlı fikirlərinə istinad edərək Azərbaycan xalqının tolerantlıq ənənələrindən söz açıb. İ.Vəliyev deyib ki, “Multikulturalizm” jurnalının ilk sayında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının məqalələri dərc olunub.

Jurnalın baş redaktoru Fəxri Uğurlu “Multikulturalizm” jurnalının Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək, ölkədə hökm sürən multikultural mühitə töhfə vermək məqsədilə nəşr olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planına əsasən nəşr olunan ədəbi-bədii, elmi-publisistik jurnalın redaksiya heyətinə tanınmış dövlət və elm xadimləri, yazıçı və şairlər cəlb olunub. Beynəlxalq redaksiya şurasında Rusiya, ABŞ, Fransa, Almaniya, Türkiyə, Yaponiya, Braziliya, Portuqaliya, Finlandiya, İtaliya və başqa ölkələrin yazıçıları təmsil olunur.

Son xəbərlər

Orphus sistemi