Yuxarı
    Bağlamaq

    MTRŞ sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

    Görüşdə əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb

    Bakı. 8 fevral. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

    Şuradan "Report"a verilən məlumata görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmov Azərbaycanda teleradio yayımı sahəsində mövcud vəziyyət barədə qonağa ətraflı məlumat verib. 

    Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı, teleradio yayımı sahəsində ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. 

    Görüşdə əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi