Bakı. 8 fevral. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Şuradan "Report"a verilən məlumata görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmov Azərbaycanda teleradio yayımı sahəsində mövcud vəziyyət barədə qonağa ətraflı məlumat verib.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı, teleradio yayımı sahəsində ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.
Görüşdə əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb.