Yuxarı
    Bağlamaq

    MTRŞ-nın sədr müavini: “Əhalinin və telekanalların sayının nisbətinə görə Azərbaycan dünyanın əksər ölkələrindən öndədir”

    “Hər gün ümumölkə yayımçısı olan 10, regional yayımçı olan 3 radio fərqli proqramlarla efirə çıxır”

    Bakı. 12 iyul. REPORT.AZ/ “Əhalinin və telekanalların sayının nisbətinə görə Azərbaycan dünyanın əksər ölkələrindən öndədir”.

    “Report” xəbər verir ki, bunu yazdığı məqaləsində Milli Televiz­iya və Radio Şurasını­n sədr müavini Qafar Cəbiyev­ bildirib.

    O qeyd edib ki, dövlətin teleradio siyasəti sahəsindəki uğurlarının miqyasını təsəvvürə gətirmək üçün lap yaxın keçmişdə cəmi bir televiziya və bir radiosu olan Azərbaycanın televiziya məkanında bu gün 10 ölkə və 13 regional yayımçısının fəaliyyət göstərdiyini yada salmaq kifayətdir: "Hər gün ümumölkə yayımçısı olan 10, regional yayımçı olan 3 radio fərqli proqramlarla efirə çıxır. Hazırda 17 şirkət kabel televiziya şəbəkəsi yaratmaqla əhaliyə xidmət göstərməkdədir. Bu şirkətlərin xidməti sayəsində hər gün Azərbaycan telekanallarının verilişləri ilə yanaşı, yüzlərlə xarici ölkə telekanalının proqramları retranslyasiya edilərək, ölkə ictimaiyyətinə çatdırılır. Son zamanlar MMC qismində fəaliyyət göstərən 16 hüquqi şəxs də İP televiziyası yaratmaq məqsədilə lisenziya (xüsusi razılıq) alaraq teleradio yayımçıları ailəsinə qoşulub".

    Sədr müavininin sözlərinə görə, heç bir normal düşüncə sahibi deyə bilməz ki, bütün bunlar Azərbaycan üçün azdır: "Bu yığcam statistikanın arxasında duran reallıqları şərh etməyə ehtiyac varmı? Bilirsiniz, bu, nə qədər yeni iş yeri və nə qədər sərmayə qoyuluşu deməkdir?!".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi