​MTRŞ "Kanal D"nin yayımının dayandırılması məsələsinə aydınlıq gətirib

​MTRŞ "Kanal D"nin yayımının dayandırılması məsələsinə aydınlıq gətirib Həmin kanal MTRŞ-nın təsdiq etdiyi siyahıyadan keçməyib
Media
27 Aprel , 2016 16:59
​MTRŞ Kanal Dnin yayımının dayandırılması məsələsinə aydınlıq gətirib

Bakı. 27 aprel. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası tərəfindən (MTRŞ) ölkədə fəailiyyət göstərən kabel televiziyalarına Türkiyənin "Kanal D" televiziya kanalının yayımının dayandırılması haqqında hər hansı xüsusi göstəriş verilməyib.

Bunu "Report"a açıqlamasında MTRŞ-nin Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O xatırladıb ki, Şura tərəfindən ötən il kabel şəbəkəsi yayımçıları tərəfindən yayımlanan telekanalların siyahısı təsdiq olunub və kabel şəbəkəsi yayımçıları təsdiq olunmuş siyahıda yer alan telekanalların yayımını həyata keçirə bilərlər: "Siyahıda adı olmayan telekanallar Azərbaycan qanunvericiliyində müəyyən edilən reklam yayımı qaydalarını pozan telekanallardır. Ümumiyyətlə, kabel şəbəkəsi sahəsində telekanalların yayımında müəyyən nizamsızlıq var idi. Hər bir kabel şəbəkəsi yayımçısı daha çox, hətta 200-300 telekanalın yayımını həyata keçirmək istəyirdi. Buna görə də bu sahə nizama salındı və lisenziyanın şərti kimi 200-dən artıq telekanalın siyahısı təsdiq olundu".

T.Məmmədov bildirib ki, siyahıya Azərbaycanın reklamla bağlı qanunvericiliyinin tələblərini pozmayan kanallar daxil edilib.

Qeyd edək ki, aprelin 25-dən Azərbaycandakı kabel televiziyaları "Kanal D" telekanalının yayımını dayandırıb.

Son xəbərlər

Orphus sistemi