Yuxarı

MTRŞ: Azərbaycanda dini televiziyanın və radionun açılması mümkün deyil

Milli Televiziya və Radio Şurası: Qanunvercilik buna yol vermir

Bakı. 28 sentyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziya və radionun açılması ilə bağlı fikirlərinə münasibət bildirib.

Qurumun Aparat rəhbəri Toğrul Məmmədov "Report"a açıqlamasında bildirib ki, bu məsələ "Televiziya və radio yayımı haqqında" qanunla tənzimlənir. 

O qeyd edib ki, qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil: "Qanunvercilik buna yol vermir. Eyni zamanda, Şura tərəfindən yaxın gələcəkdə yeni telekanalın açılması üçün müsabiqənin elan edilməsi də gözlənilmir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi