Yuxarı
    Bağlamaq

    MTRŞ: “Avto FM” radiosunun lisenziyasının müddəti 2019-cu ildə başa çatır

    Radionun lisenziyası ləğv edilməyib

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən “Avto FM” radiosuna yayım üçün verilən lisenziya ləğv edilməyib.

    Bu barədə “Report”a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rərbəri Toğrul Məmmədov bildirib.

    Onun sözlərinə görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə lisenziya 6 il müddətinə verilib və lisenziyanın müddəti 2019-cu ildə başa çatır.

    Qeyd edək ki, bu gün 107.7 FM tezliyində fəaliyyət göstərən “Avto FM” radiosu yayımını dayandırıb.

    Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova “Report”a açıqlamasında "Avto FM"in yayımının dayandırılması məsələsini şərh edib. O bildirib ki, sentyabrın 1-də “Avto FM” MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: “Sadəcə “Avto FM” MMC ilə müqaviləyə xitam verilib. Ancaq işçilər işdən azad edilməyib. Eyni heyət yenə də öz işini davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeçiliyindədir”.

    N.Allahyarova deyib ki, radio bundan sonra Bakı Nəqliyyat Agentliyinin nəzarəti altında yayımını davam etdirəcək: “Sadəcə radionun adında dəyişiklik olacaq”.

    Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-cü il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi