Yuxarı

​“Mir” televiziya kanalı Azərbaycanda əhatə dairəsini genişləndirib

“Mir HD” kanalı Bakı və Gəncə şəhərlərində “B&B TV” və “Ailə TV” kabel televiziyalarının operatorları tərəfindən yayımlanır

Bakı. 12 sentyabr. REPORT.AZ/ Yeni teleyayım mövsümündən “Mir” və “Mir 24” kanalları ilə bərabər, “Mir HD” kanalı da yayıma başlayıb. Bu barədə “Report”a “Mir” Dövlətlərarası Televiziya və Radio Şirkətinin (DTRŞ) Azərbaycan Milli Nümayəndəliyindən məlumat verilib.

Belə ki, “Mir HD” kanalı Bakı və Gəncə şəhərlərində “B&B TV” və “Ailə TV” kabel televiziyalarının operatorları tərəfindən yayımlanır. Kanal MDB ölkələrinin tamaşaçılarına xidmət göstərəcək. “Mir HD” ailə kanalı olaraq, seriallar, maraqlı sənədli filimlər, premyeralar, melodramlar və əyləncəli proqramlar yayımlayacaq. “Mir HD” telekanalını onlayn rejimdə www.mir24.tv və www.mirtv.ru internet portallarında da izləmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi