​Minskdə MDB dövlət informasiya agentlikləri rəhbərləri Şurasının XX iclası keçiriləcək

​Minskdə MDB dövlət informasiya agentlikləri rəhbərləri Şurasının XX iclası keçiriləcək İclasda informasiya əməkdaşlığı məsələləri müzakirə olunacaq
Media
5 İyun , 2015 22:38
​Minskdə MDB dövlət informasiya agentlikləri rəhbərləri Şurasının XX iclası keçiriləcək

Bakı. 05 İyun. REPORT.AZ/ İyunun 8-də Minskdə MDB-nin dövlət informasiya agentlikləri rəhbərləri Şurasının XX-ci iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclasın gündəliyinə Qələbənin 70 illiyi ilə bağlı keçirilən tədbirlər haqqında hesabat, informasiya əməkdaşlığı məsələləri və MDB informasiya agentliklərinin foto xidmətlərinin qarşılıqlı fəaliyyət perspektivləri daxil edilib.

MDB-nin 1995-ci ilin noyabrında yaradılan İnformasiya Şurası sahə əməkdaşlıq orqanıdır. Şuranın tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın dövlət xəbər xidmətlərinin rəhbərləri daxildir.

Son xəbərlər

Orphus sistemi