Yuxarı
    Bağlamaq

    Milli Televiziya və Radio Şurası ANS-i məhkəməyə verib

    Şura ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media şirkətini məhkəməyə verib. 

    "Report"un əldə etdiyi məlumata görə, ANS-in məhkəməyə verilməsinə səbəb serial çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsidir.

    1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTRŞ-nin hüquqşünasları bildirib ki, ANS TV Şuraya layihəsini təqdim etdiyi serialı çəkməyib.

    "Serial çəkilişi üçün ayrılan 200 min manatın 160 min manatı televiziyaya ödənilmişdi, 40 min manatı isə hələ büdcədədir. ANS serialın çəkilməsi ilə bağlı hesabatı 2015-ci ilin iyul ayında təqdim etməli idi. Amma hesabat qeyd olunan tarixdə təqdim olunmadı. Əvəzində, sentyabr ayında bizə çəkdikləri başqa bir serialı gətirdilər və müqavilənin tarixini dəyişərək, çəkməli olduqları serialın yerinə onun qoyulmasını təkif etdilər. Həmin serial ANS-ə dövlət büdcəsindən vəsait ayrılan zaman layihə kimi təqdim etdiyi deyil, tamamilə başqa bir serial idi", - MTRŞ-dən "Report"a bildirilib.

    MTRŞ ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi