Yuxarı
    Bağlamaq

    Milli.Az 7 yaşını qeyd edir

    Bu portal Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir

    Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Milli.Az internet portalının 7 yaşı tamam olur.

    “Report”un xəbərinə görə, portal qısa müddət ərzində Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.

    Bu müddət ərzində Milli.Az inkişaf edərək daha funksional olub, kifayət qədər auditoriya qazanıb. İlk günündən dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.Az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım Milli.Az internet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Milli.Az internet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan sonra aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.

    7 il ərzində Milli.Az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib. Hadisələrlə bağlı oxucuları obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanının ümumi inkişafına xidmət edir.

    Bu gün Milli.Az internet portalı Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

    “Report” İnformasiya Agentliyinin əməkdaşları Milli.Az internet portalının kollektivini təbrik edir, onlara daha böyük uğurlar arzulayır!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi