Mətbuat Şurasının sədri: "Jurnalistin söyülməsi qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir"

Mətbuat Şurasının sədri: "Jurnalistin söyülməsi qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir" Bakı. 30 mart. REPORT.AZ / Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə münasibət bildirib.
Media
30 Mart , 2018 17:09

Bakı. 30 mart. REPORT.AZ / Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə münasibət bildirib.

“Report”un xəbərinə görə, Ə.Amaşov deyib ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir. Mətbuat Şurasının sədri əminliklə bildirib ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcək.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Modern.az-ın əməkdaşı ilə söhbətində jurnalistləri “savadsız” adlandırıb, media nümayəndələrinə “küçük” deyib.

Son xəbərlər

Orphus sistemi