Yuxarı

Mətbuat Şurası Mahal İsmayıloğlunun ölümü ilə bağlı nekroloq yayıb

İstedadı və işgüzarlıq qabiliyyəti ilə tanınan Mahal İsmayıloğlunun əziz xatirəsi doğmalarının, əzizlərinin və həmkarlarının qəlbində daim yaşayacaq

Bakı. 29 avqust. REPORT.AZ/ Mətbuat Şurası jurnalist Mahal İsmayıloğlunun ölümü ilə bağlı nekroloq yayıb. 

"Report" xəbərinə görə, şuranın nekroloqunda deyilir ki, Azərbaycan jurnalistikasının tanınmış nümayəndələrindən olan Mahal İsmayıloğlu dünən 58 yaşında dünyasını dəyişib: "Mahal İsmayıl oğlu Sadıqov 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub.1974-cü ildə Gürcüstanın Dmanisi rayonundakı Muğanlı kənd orta məktəbini bitirib.

1977-1982-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

1982-1984-ci illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetində çalışıb.

1984-1987-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1987-1990-cı illərdə Neft Akademiyasının çoxtirajlı qəzetinin redaktoru olub.

1990-cı ildən Azərbaycanda ilk azad mətbuat orqanlardan biri olan “Aydınlıq” qəzetində fəaliyyət göstərib. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”nin baş redaktoru olub. Ölkənin tanınan, ictimai rəyə təsir göstərən qəzetlərində müxtəlif mövzularda publisistik məqalələrlə çıxış edib.

İstedadı və işgüzarlıq qabiliyyəti ilə tanınan Mahal İsmayıloğlunun əziz xatirəsi doğmalarının, əzizlərinin və həmkarlarının qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi