MDB ölkələri XİN mətbuat xidmətlərinin nümayəndələri təcrübə mübadiləsinə dair razılığa gəliblər

MDB ölkələri XİN mətbuat xidmətlərinin nümayəndələri təcrübə mübadiləsinə dair razılığa gəliblər Görüşdə Azərbaycan nümayəndələri müşahidəçi qismində iştirak edib
Media
19 Sentyabr , 2017 17:37
MDB ölkələri XİN mətbuat xidmətlərinin nümayəndələri təcrübə mübadiləsinə dair razılığa gəliblər

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Rusiyanın Xarici İşlər Nazirliyində MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirliklərinin mətbuat xidmətlərinin nümayəndələrinin "İnformasiya sahəsində MDB üzv dövlətlərinin qarşılıqlı əlaqəsi haqqında" mövzusunda növbəti illik məsləhətləşmələri keçirilib.

"Report"un Rusiya XİN-in Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan (müşahidəçi qismində), Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan və həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edib.

Tədbirdə bir çox məsələlər üzrə, həmçinin təcrübə mübadiləsinə dair razılığa gəlinib, rəqəmsal diplomatiya sahəsinə, ilk növbədə, sosial şəbəkələrdə əlaqələrin inkişafına xüsusi diqqət yetirilib. 

Son xəbərlər

Orphus sistemi