Yuxarı

​MDB informasiya agentlikləri rəhbərləri Düşənbədə bir araya gələcək

İclas iştirakçıları informasiya agentliklərinin ötənilki fəaliyyətinə nəzər salacaqlar

Bakı. 14 mart. REPORT.AZ/ MDB dövlət informasiya agentlikləri rəhbərləri Şurası martın 15-də Düşənbədə XXI iclasını keçirəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, iclas iştirakçıları informasiya agentliklərinin 2015-ci ildəki fəaliyyətinə nəzər salacaq, builki əməkdaşlıq planını müzakirə edəcəklər.

Görüş zamanı, həmçinin Birliyin dekabrda qeyd olunacaq 25 illiyinə hazırlıq işləri nəzərdən keçiriləcək. Dövlət informasiya agentlikləri rəhbərləri birgə layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparacaqlar.

İclasın işində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Rusiya və Ermənistan dövlət informasiya agentliklərinin rəhbərləri iştirak edəcəklər. İclas iştirakçıları Tacikistan rəhbərliyi tərəfindən qəbul olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi