Yuxarı
    Bağlamaq

    Kiyevdə partlayış nəticəsində tanınmış rusiyalı jurnalist ölüb

    Pavel Şeremet son beş ildə Kiyevdə yaşayıb, Ukrainskaya pravda nəşrində çalışıb

    Bakı. 20 iyul. REPORT.AZ/ Tanınmış telejurnalist Pavel Şeremet Kiyevdə törədilən terror aktı nəticəsində həlak olub. 

    "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, P.Şeremetin sürdüyü maşın bu gün səhər partladılıb.

    Partlayış Bakı vaxtı ilə 08:45-də baş verib. Hadisə zamanı telejurnalist sükan arxasında olub.

    Qeyd edək ki, o, son beş ildə Kiyevdə yaşayıb, "Ukrainskaya pravda" nəşrində və "Vesti" radiosunda çalışıb.

    Daha əvvəl isə P.Şeremet Rusiya ORT telekanalında, sonradan isə "Birinci kanal"da işləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi