Yuxarı
    Bağlamaq

    KİVDF 27 qəzetə maliyyə yardımı ayırıb - SİYAHI

    Fondun Müşahidə Şurasının xüsusi iclası keçirilib

    Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib.

    “Report”un xəbərinə görə, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ barədə məlumat verib.

    Gündəliyə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” 2016-cı il 21 iyul tarixli sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi daxil edilib.

    Fondun icraçı direktoru Vüqar Səfərli Prezidentin sərəncamını ölkədə söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və KİV-lər adından ölkə başçısına minnətdarlığını bildirib. İcraçı direktor sərəncama əsasən birdəfəlik maliyyə yardımı ayrılacaq mətbuat orqanlarının müəyyənləşdirilməsi məsələsini Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edib.

    Sonra məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Vüqar Əliyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov çıxış edərək ölkə başçısının sərəncamı ilə ayrılmış birdəfəlik maliyyə yardımının gündəlik ictimai-siyasi qəzetlərin üzləşdiyi problemlərin həlli baxımından xüsusi əhəmiyyətini qeyd ediblər. Aparılmış müzakirələr nəticəsində respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib

    Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli sərəncamına əsasən maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı:

    Nəşrin adıAyrılmış məbləğ
    1."Azərbaycan” qəzeti40.000 AZN
    2."Bakinski raboçi” qəzeti40.000 AZN
    3."Bakı Xəbər” qəzeti40.000 AZN
    4."525-ci qəzet”40.000 AZN
    5."Ekspress” qəzeti40.000 AZN
    6."Ədalət” qəzeti40.000 AZN
    7."Xalq qəzeti”40.000 AZN
    8."İki sahil” qəzeti40.000 AZN
    9."Kaspi” qəzeti40.000 AZN
    10."Kaspiy” qəzeti40.000 AZN
    11."Mövqe” qəzeti40.000 AZN
    12."Olaylar” qəzeti40.000 AZN
    13."Palitra” qəzeti40.000 AZN
    14."Respublika” qəzeti40.000 AZN
    15."Səs” qəzeti40.000 AZN
    16."Şərq” qəzeti40.000 AZN
    17."Şərq qapısı” qəzeti40.000 AZN
    18."Yeni Azərbaycan” qəzeti40.000 AZN
    19."Yeni Müsavat” qəzeti40.000 AZN
    20."Azad Azərbaycan” qəzeti30.000 AZN
    21."Bizim yol” qəzeti30.000 AZN
    22."Exo” qəzeti30.000 AZN
    23."Həftə içi” qəzeti30.000 AZN
    24."Xalq Cəbhəsi” qəzeti30.000 AZN
    25."Novoye vremya” qəzeti30.000 AZN
    26."Paralel” qəzeti30.000 AZN
    27."Üç nöqtə” qəzeti30.000 AZN


    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi