Jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub

Jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub Sənədlər may ayının 22-dən iyun ayının 22-dək komissiyaya təqdim edilməlidir
Media
16 May , 2017 11:15
Jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub
Report.az

Bakı. 16 may. REPORT.AZ/ İkinci binada jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub.  

“Report” xəbər verir ki, sənədlər mayın 22-dən iyunun 22-dək komissiyaya təqdim edilməlidir.

Sənədlər iş günləri saat 10.00-dan 17.00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) ofisində qəbul olunacaq. Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək. 

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir: “İqtisadi çətinliklərə baxmayaraq, bu məsələ gündəmdən düşmədi və başa çatdırıldı". 

Onun sözlərinə görə, sənəd qəbulu komissiyasının 9 üzvü var: "Onlardan üçü KİVDF-nin nümayəndəsi, üçü Milli Televiziya və Radio Yayımları Şurasının, digər üçü isə Mətbuat Şurasının nümayəndəsidir”. 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qeyd edib ki, bu günə qədər şuraya 200-dən çox müraciət daxil olub: "Onları yaxın günlərdə komissiyaya təqdim edəcəyik. 

Son xəbərlər

Orphus sistemi