Əməkdar jurnalist Yusif Kərimov dəfn edilib

Əməkdar jurnalist Yusif Kərimov dəfn edilib Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov torpağa tapşırılıb.
Media
15 Oktyabr , 2018 17:49
Əməkdar jurnalist Yusif Kərimov dəfn edilib
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov torpağa tapşırılıb. 

Mətbuat Şurasından (MŞ) "Report"a verilən məlumata görə, onunla vida mərasimi mərhumun evində keçirilib.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov vida mərasimində bildirib ki, Y.Kərimov çoxşaxəli yaradıcılıq diapazonuna malik dəyərli qələm adamı idi. Onun yoxluğu jurnalistika, publisistika və bütövlükdə ictimai fikir cameəsi üçün son dərəcə böyük itkidir. MŞ sədri Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış nümayəndəsi, ustad yazar, yurdsevər ziyalı, fəal vətəndaş, səmimi insan, gözəl dost kimi xarakterizə edən xüsusiyyətlərdən söz açıb, mərhumun doğmalarına və əzizlərinə başsağlığı diləklərini çatdırıb.

Çıxış edənlərdən veteran jurnalist Məzahir Süleymanzadə, MŞ-nin İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, əmədar jurnalist Zöhrab Zeynalov və başqaları Y.Kərimovun həyat yolundan söz açıblar. Onlar mərhum qələm sahibinin hər zaman jurnalistika prinsiplərinə sadiqliyini vurğulayıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, dünən dünyasını dəyişmiş Y.Kərimov Xırdalan qəbirstanlığında torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi