Efiopiya mətbuatında "ASAN xidmət"in fəaliyyəti barədə məqalə dərc edilib

Efiopiya mətbuatında "ASAN xidmət"in fəaliyyəti barədə məqalə dərc edilib Məqalədə Azərbaycanın vətəndaşlara xidmət göstərilməsi sahəsində təcrübəsinin Afrika ölkələri ilə bölüşməsinə hazır olduğu vurğulanıb
Media
28 Dekabr , 2016 21:07
Efiopiya mətbuatında ASAN xidmətin fəaliyyəti barədə məqalə dərc edilib

Bakı. 28 dekabr. REORT.AZ/ Efiopiyanın aparıcı “The Reporter” qəzetində “ASAN xidmət”in fəaliyyəti barədə məqalə dərc edilib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Reporta verilən məlumata görə, məqalədə “ASAN xidmət”in bu ilin dekabr ayında Afrika İttifaqının mənzil-qərargahında 54 üzv ölkələrin nümayəndələrinin qarşısında keçirilmiş təqdimatı barədə məlumat verilib, ölkəmizin vətəndaşlara xidmət göstərilməsi sahəsində əldə etdiyi təcrübəsinin Afrika ölkələri ilə bölüşməsinə hazır olduğu vurğulanıb.

Məqalədə “ASAN xidmət”in Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəetməsi sahəsində ölkədə aparılan islahatların çərçivəsində təsis edildiyi vurğulanıb, Azərbaycanın bu brendinin BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi olaraq dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanındığı bildirilib.

Məqalədə həmçinin paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində yerləşən “ASAN xidmət” mərkəzlərində dövlət və özəl qurumlar tərəfindən 230-dan çox xidmətin vətəndaşlara göstərildiyi bildirilib. Dünya standartlarına cavab verən “ASAN xidmət” mərkəzlərin fəaliyyəti barədə məlumat verilərək, bu Mərkəzlərdə insanlara operativ və rahat formada və müasir texnologiyalar və innovasiyalar tətbiq edilməklə xidmət göstərildiyi, bunun da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi