Dövlət Kino-Foto Sənədləri Arxivinə AzərTAc-dan yeni sənədlər daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə AzərTAc-dan yeni sənədlər daxil olub Hazırda Arxivdə fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir
Media
8 Yanvar , 2015 15:57
Dövlət Kino-Foto Sənədləri Arxivinə AzərTAc-dan yeni sənədlər daxil olub

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə AzərTAc-dan daimi saxlanılmaq məqsədilə 1 647 saxlama vahidi fotosənəd daxil olub. "Report" xəbər verir ki, bu barədə Milli Arxiv İdarəsinin yaydığı məlumatda bildirilir.

2013-cü ilin ikinci yarım ilini əhatə edən fotosənədlər, Prezident İlham Əliyevin xarici dövlətlərə etdiyi səfərləri, dövlət başçılarını və xarici qonaqları rəsmi qəbul etməsini, siyasi, iqtisadi, humanitar forumlarda iştirakını, respublikanın regionlarına səfərlərini əks etdirir.

Dövlət proqramı və layihələrinə uyğun olaraq, uşaq bağçalarının, orta məktəblərin, musiqi məktəblərinin, gənclər mərkəzlərinin, sanatoriyaların, bayraq meydanlarının, inzibati binaların, su anbarlarının, elektrik stansiyalarının, su kanallarının, yol və körpülərin, yerüstü və yeraltı piyada keçidlərinin, yol qovşaqlarının, olimpiya komplekslərinin, kənd təsərrüfatına aid emal müəssisələrinin, qida sənayesi zavodunun, heyvandarlıq, quşçuluq komplekslərinin, neftçıxarma platformalarının, parkların, sənaye-kimya parklarının, uşaq əyləncə mərkəzlərinin, muzeylərin, mehmanxanaların istifadəyə, istismara verilməsinə həsr olunmuş tədbirlərdə Prezident İlham Əliyevin iştirak etməsi fotosənədlərin mövzusunu, məzmununu təşkil edir.

Hazırda Arxivdə fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir fotosənədin qısa, müfəssəl məzmunu hazırlanır.

Son xəbərlər

Orphus sistemi