Yuxarı

CNN telekanalı Azərbaycanda idmanın inkişafına dair süjet hazırlayıb

Süjetdə ölkənin özünü qlobal idman arenasında təsdiqlədə bilmək üçün hansı addımlar atdığından bəhs olunur

Bakı. 8 iyun. REPORT.AZ/ CNN telekanalı Azərbaycan idmanına həsr olunan süjet hazırlayıb. "Report" xəbər verir ki, CNN-in "Yolda" adlanan rubrikasının növbəti buraxılışı "Azərbaycan: idmandakı növbəti addımlar" adlanır.

Süjetdə ölkənin özünü qlobal idman arenasında təsdiqlədə bilmək üçün hansı addımlar atdığından bəhs olunur.

Rubrikanın budəfəki buraxılışı Azərbaycanda qədim dövrlərdən təşəkkül tapmış idman növünə - sərbəst güləşə həsr edilib.

Buraxılışda həmçinin ölkədə bu idman növü üzrə gənc kadrların hazırlanması, eləcə də qadınlar arasında sərbəst güləşin inkişaf etdirilməsi üçün atılan addımlardan bəhs olunur.

CNN-in "Yolda" rubrikası dünya ölkələrinin mədəniyyətindən, irsindən və adət-ənənəsindən bəhs edir. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi