CNN telekanalı Azərbaycanda idmanın inkişafına dair süjet hazırlayıb

CNN telekanalı Azərbaycanda idmanın inkişafına dair süjet hazırlayıb Süjetdə ölkənin özünü qlobal idman arenasında təsdiqlədə bilmək üçün hansı addımlar atdığından bəhs olunur
Media
8 İyun , 2015 17:04
CNN telekanalı Azərbaycanda idmanın inkişafına dair süjet hazırlayıb

Bakı. 8 iyun. REPORT.AZ/ CNN telekanalı Azərbaycan idmanına həsr olunan süjet hazırlayıb. "Report" xəbər verir ki, CNN-in "Yolda" adlanan rubrikasının növbəti buraxılışı "Azərbaycan: idmandakı növbəti addımlar" adlanır.

Süjetdə ölkənin özünü qlobal idman arenasında təsdiqlədə bilmək üçün hansı addımlar atdığından bəhs olunur.

Rubrikanın budəfəki buraxılışı Azərbaycanda qədim dövrlərdən təşəkkül tapmış idman növünə - sərbəst güləşə həsr edilib.

Buraxılışda həmçinin ölkədə bu idman növü üzrə gənc kadrların hazırlanması, eləcə də qadınlar arasında sərbəst güləşin inkişaf etdirilməsi üçün atılan addımlardan bəhs olunur.

CNN-in "Yolda" rubrikası dünya ölkələrinin mədəniyyətindən, irsindən və adət-ənənəsindən bəhs edir. 

Son xəbərlər

Orphus sistemi