Yuxarı

Çində KİV-in sosial şəbəkələrdən əldə edilmiş məlumatın dəqiqləşdirilmədən dərc edilməsinə qadağa qoyulub

Çin hökuməti saytlarda xəbərlərin yayılmasına nəzarəti gücləndirir

Bakı. 4 iyul. REPORT.AZ/ Çin hökuməti saytlarda və sosial şəbəkələrdə xəbərlərin yayılmasına nəzarəti gücləndirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq qətnamə Çinin internet-informasiya üzrə Dövlət Dəftərxanası tərəfindən dərc edilib. Dövlət qurumu saytlardan doğru, hərətərfli, obyektiv və qərəzsiz xəbər yaymalarını tələb edir. Artıq Çində şayiə tipli məlumatları işıqlandırmaq və ya fərziyyələrə və təxəyyülə əsaslanaraq faktları təhrif etmək qəti qadağandır.

Həmçinin bundan sonra sosial şəbəkələrdən əldə edilmiş məlumatın dəqiqləşdirilmədən dərc edilməsinə qadağa qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi