Deputat: "BBC "Brexit"ə qərəzli yanaşdığına görə cərimə oluna bilər"

Deputat: "BBC "Brexit"ə qərəzli yanaşdığına görə cərimə oluna bilər" "Britaniyanın BBC korporasiyası "Brexit"lə bağlı hadisələri qərəzli formada işıqlandırmağa davam edərsə cərimə olunaraq sanksiyalara məruz qalacaq"
Media
22 Mart , 2017 12:11
Deputat: BBC Brexitə qərəzli yanaşdığına görə cərimə oluna bilər

Bakı. 22 mart. REPORT.AZ/ "Böyük Britaniyanın BBC korporasiyası "Brexit" - Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı prosesləri qərəzli formada işıqlandırmağa davam edərsə cərimə olunacaq və sanksiyalara məruz qalacaq". 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın keçmiş mədəniyyət naziri, hakim Mühafizəkarlar Partiyasından olan deputat Con Uittinqdeyl bildirib.  

O, BBC-yə xəbərdarlıq edib: "Məndə belə təəsurat yaranır ki, BBC daim neqativ axtarır və əsasən "Brexit"lə bağlı yaranan problemləri vurğulayır". 

"The Daily Telegraph" qazetinin yazdığına görə, C.Uittinqdeyl deyib ki, krallığın Aİ-dan çıxmasının çətinliklərindən və risklərindən, eyni zamanda müsbət tərəflərindən danışan insanlara efirdə ayrılan vaxtı müqayisəli şəkildə analiz etdikdə BBC-nin prosesə mənfi yanaşdığı öz təsdiqini tapır. 

O xəbərdarlıq edərək bildirib ki, korporasiya hadisələri mənfi tərəfdən işıqlandırmağı davam edərsə deputatlar Böyük Britaniyada Telekommunikasiya və Mətbuatın fəaliyyətini tənzimləyən "Ofcom" qurumuna şikayət edəcəklər.

Qeyd edək ki, "Ofcom" hansısa mətbuat orqanına sanksiya tətbiq etməklə yanaşı, məcburi ölçülər götürə bilər, o cümlədən, efir yayımına əlavələrin edilməsi və 250 min funt sterlinq (310 min ABŞ dolları) məbləğinə qədər cərimə kəsə bilər.

Son xəbərlər

Orphus sistemi