Bir qrup jurnalist AXC-nin 100 illik yubileyi ilə əlaqədar Gürcüstana gedib

Bir qrup jurnalist AXC-nin 100 illik yubileyi ilə əlaqədar Gürcüstana gedib Bakı. 28 may. REPORT.AZ/ Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbirlərə start verib.
Media
28 May , 2018 13:55
Bir qrup jurnalist AXC-nin 100 illik yubileyi ilə əlaqədar Gürcüstana gedib

Bakı. 28 may. REPORT.AZ/ Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbirlərə start verib.

"Report" un xəbərinə görə, birliyin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedib.

Səfərdə məqsəd 1918-ci il mayın 28-də Cümhuriyyətin elan olunduğu məkanı ziyarət etmək və tədbir keçirməkdir. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur. 

Mayın 29-da isə jurnalistlər Gəncədə İstiqlal Muzeyini ziyarət etməklə yanaşı, tədbir təşkil edəcəklər. 

Xatırladaq ki, layihəyə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstək verir.

Son xəbərlər

Orphus sistemi