Bakı. 28 may.
"Report" un xəbərinə görə, birliyin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedib.
Səfərdə məqsəd 1918-ci il mayın 28-də Cümhuriyyətin elan olunduğu məkanı ziyarət etmək və tədbir keçirməkdir. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Mayın 29-da isə jurnalistlər Gəncədə İstiqlal Muzeyini ziyarət etməklə yanaşı, tədbir təşkil edəcəklər.
Xatırladaq ki, layihəyə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstək verir.