Bakı. 17 may. REPORT.AZ/ BBC yemək və "Newsbeat" saytlarını 15 mln. funt qənaət etmək planın bir hissəsi olaraq bağlayır.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
Bu plan o deməkdir ki, 11 min resept saytdan silinəcək və proqrama bağlanmış reseptləri isə ötürülmədən bir ay sonra görmək mümkün olacaq.
BBC tərəfindən açıqlanmayan plana görə, BBC-nin "Onlayn" xəbər jurnalı bağlanacaq. İnsnaların müxtəlif mövzularda sullarını cavablandıran "iWonder" saytı da bu siyahıdadır.
Səyahət xəbərləri hələ onlayn yayımlansa da, səyahət saytı da bağlanacaq. Lakin BBC-nin qida saytı bağlansa da, BBC-nin dünya üzrə yemək saytı fəaliyyətini davam etdirəcək.