Yuxarı

Bakıda "Xəzər" televiziyasının yeni binasının açılışı keçirilib

Nobel prospektində yerləşən yeni bina 10 mərtəbəlidir və 265 otaqdan ibarətdir

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakıda "Xəzər" televiziyasının yeni binasının açılışı keçirilib.

“Report”un məlumatına görə, açılışda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Ə.Həsənov simvolik qırmızı lenti kəsib. Tədbir iştirakçıları bina ilə tanış olublar.

Qeyd edək ki, "Xəzər" televizyasının Nobel prospektində yerləşən yeni binasının sahəsi 1000 kv.m-dır. Bina 10 mərtəbədən, 265 otaqdan ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi